Azərbaycanda bağlanmış bankların əmlakları ilə bağlı daha iki hərrac keçiriləcək

Azərbaycanda bağlanmış bankların əmlakları ilə bağlı daha iki hərrac keçiriləcək Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Respublika Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan “Bank Standard” QSC-nin, “Texnikabank”, “Kredobank”, “Zaminbank”, “Royalbank” və “Bank of Azerbaycan” ASC-lərin balansında olan daşınar və daşınmaz əmlakları 60 lot üzrə satışa çıxarır.
Maliyyə
185
2 Mart , 2018 17:34
Azərbaycanda bağlanmış bankların əmlakları ilə bağlı daha iki hərrac keçiriləcək

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Respublika Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan “Bank Standard” QSC-nin, “Texnikabank”, “Kredobank”, “Zaminbank”, “Royalbank” və “Bank of Azerbaycan” ASC-lərin balansında olan daşınar və daşınmaz əmlakları 60 lot üzrə satışa çıxarır.

“Report” Fonda istinadən xəbər verir ki, 27 lot üzrə əmlak ilk dəfər, 20 lot üzrə əmlak 2-ci dəfə, 13 lot üzrə əmlak isə 3-cü dəfə hərraca çıxarılır.

3-cü hərraca çıxarılan əmlakların ilkin satış qiyməti 15% aşağı salınıb. Bu kateqoriyaya “Bank Standard”ın balansındakı 1 ədəd “Daewoo Nexia”, 2 ədəd “Mitsubishi Lancer”, 5 ədəd “Toyota Corolla”, 1 ədəd “Toyota Avalon” markalı minik avtomobilləri, 2 ədəd bankomat, “Texnikabank”ın balansındakı bağ evi və “Kredobank”ın balansındakı qeyri-yaşayış sahəsi aiddir. Bu əmlakların satışı üzrə hərrac martın 27-də keçiriləcək.

“Bank Standard”ın balansındakı 2 ədəd VAZ-213100, 1 ədəd “Lexus LX-570”, 1 ədəd “Mercedes Benz CLS 63 AMG”, 1 ədəd “Mercedes Benz GL500”, 1 ədəd “Mercedes Benz S500”, 1 ədəd “Jeep Grand Cherokee”, 2 ədəd “Mitsubishi Lancer” markalı avtomobillər, “Royalbank”ın balansındakı 1 mənzil və 2 ev, “Kredobank”ın balansındakı 1 mənzil və “Texnikabank”ın balansındakı 7 ədəd qeyri-yaşayış sahəsi isə 2-ci dəfə hərraca çıxarılacaq.

“Bank Standard”ın balansındakı 4 ədəd “Hyundai Accent”, 1 ədəd “Daewoo Nexia” minik avtomobilləri, 10 ədəd bankomat, 1 ədəd pulsayan və 1 ədəd pulpresləyən aparatları, “Zaminbank”ın balansındakı 1 qeyri-yaşayış sahəsi və 3 mənzil, “Royalbank”ın balansındakı 1 fərdi ev, “Texnikabank"ın balansındakı 157 ədəd mebel və texniki avadanlıq (bir lot üzrə), 1 ədəd bankomat və 1 ədəd “QAZ-3302-18” yük avtomobili, “Kredobank”ın balansındakı 1 ədəd “Lexus LS460” avtomobili və “Bank of Azerbaijan”ın balansındakı “Ford Transit” avtomobili isə ilk dəfə hərraca çıxarılıb.

Birinci və ikinci dəfə satışa çıxarılan əmlaklar üzrə hərrac aprelin 3-də keçiriləcək. 

Birja Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 156 (20A) (1933-cü məhəllə) ünvanında yerləşir. 

Maraqlananlar əlavə məlumatı http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu linki, www.adif.az saytı vasitəsilə və 566-70-25, 566-79-67 telefonlarla əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi