Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 258 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 258 mln. manat kompensasiya ödənilib Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
23 Sentyabr , 2016 12:34
Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 258 mln. manat kompensasiya ödənilib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilmiş 9 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 258,06 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 32,415 mln. manat, “Zaminbank” ASC-nin qorunan əmanətçiləri 46,908 mln. manat, “Kredobank” ASC-nin qorunan əmanətçiləri 16,865 mln. manat, “Dekabank” ASC-nin qorunan əmanətçiləri 2,763 mln. manat, “Atrabank” ASC-nin qorunan əmanətçiləri 12,598 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçiləri 1,625 mln manat, “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçiləri 24,091 mln. manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçiləri 926 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri isə 119,87 mln. manat kompensasiya alıblar.

Son xəbərlər

Orphus sistemi