Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 726,169 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 726,169 mln. manat kompensasiya ödənilib Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
295
13 Mart , 2017 10:04
Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 726,169 mln. manat kompensasiya ödənilib

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ötən il lisenziyası ləğv edilmiş 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 726,169 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 43,175 mln. manat, “Zaminbank” ASC - 54,362 mln. manat, “Kredobank” ASC - 27,771 mln. manat, “Dekabank” ASC - 3,086 mln. manat, “Atrabank” ASC - 14,28 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,974 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,161 mln. manat, “Gəncəbank” ASC - 976 min manat, “Texnikabank” ASC - 120,433 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 435,814 mln. manat kompensasiya alıblar.

Fond, həmçinin bəyan edib ki, ləğv prosesində olan “Bank of Azerbaijan", "Gəncəbank" və "Texnikabank"ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət müvafiq olaraq yanvarın 27-də, fevralın 4-də və fevralın 12-də başa çatıb. Bu banklar üzrə kompensasiya öhdəliyinin yerinə yetirilməsi nisbəti müvafiq olaraq 97%, 94% və 98,2%-dir. 

Son xəbərlər

Orphus sistemi