Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 722,1 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 722,1 mln. manat kompensasiya ödənilib Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
18 Yanvar , 2017 10:00
Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 722,1 mln. manat kompensasiya ödənilib

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ötən il lisenziyası ləğv edilmiş 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 722,131 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,981 mln. manat, “Zaminbank” ASC - 52,469 mln. manat, “Kredobank” ASC - 27,77 mln. manat, “Dekabank” ASC - 3,086 mln. manat, “Atrabank” ASC - 14,271 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,974 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,148 mln. manat, “Gəncəbank” ASC - 976 min manat, “Texnikabank” ASC - 120,364 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 434,092 mln. manat kompensasiya alıblar. 

Son xəbərlər

Orphus sistemi