Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 286 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 286 mln. manat kompensasiya ödənilib Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
13 Oktyabr , 2016 09:24
Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 286 mln. manat kompensasiya ödənilib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilmiş 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 285,647 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 32,803 mln. manat, “Zaminbank” ASC - 50,853 mln. manat, “Kredobank” ASC - 17,977 mln. manat, “Dekabank” ASC - 2,849 mln. manat, “Atrabank” ASC - 13,839 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,846 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,091 mln. manat, “Gəncəbank” ASC - 956 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri 119,977 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 20,452 mln. manat kompensasiya alıblar.

Son xəbərlər

Orphus sistemi