Azərbaycanda bağlanan 10 bankın əmanətçilərinə 714 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanan 10 bankın əmanətçilərinə 714 mln. manat kompensasiya ödənilib Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
8 Dekabr , 2016 10:02
Azərbaycanda bağlanan 10 bankın əmanətçilərinə 714 mln. manat kompensasiya ödənilib

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 713,795 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,902 mln. manat, “Zaminbank” ASC - 52,38 mln. manat, “Kredobank” ASC - 27,192 mln. manat, “Dekabank” ASC - 3,021 mln. manat, “Atrabank” ASC - 14,258 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,943 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,148 mln. manat, “Gəncəbank” ASC - 975 min manat, “Texnikabank” ASC - 120,050 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 426,926 mln. manat kompensasiya alıblar. 

Son xəbərlər

Orphus sistemi