Azərbaycanda avtomobillərin icbari sığortası üzrə daxilolmalar bu il 0,3% artıb

Azərbaycanda avtomobillərin icbari sığortası üzrə daxilolmalar bu il 0,3% artıb Bu sahədə bağlanan sığorta müqavilələrinin sayında isə 0,7% artım olub
Maliyyə
5 Noyabr , 2014 11:33

Bakı. 5 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında Azərbaycanda 92 149 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub. Bu barədə "Report"a İcbari Sığorta Bürosundan məlumat verilib.

Bunların 19,8 minə qədəri xarici ölkədə qeydiyyata alınan və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələridir. Ay ərzində bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7,4 mln. manatı ötüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 26,1%, sığorta haqlarının məbləğində 27,2% azalma müşahidə olunub.

Ümumilikdə, bu ilin ilk 10 ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 780 mindən çox sığorta müqaviləsi bağlanılıb və müqavilələr üzrə toplanılan sığorta haqlarının həcmi 59,1 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 0,7%, sığorta haqlarının həcmində isə 0,3% artım qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi