Azərbaycanda auditor xidmətlərinin minimum hədlərinə güzəşt edilə bilər

Azərbaycanda auditor xidmətlərinin minimum hədlərinə güzəşt edilə bilər Bu gün Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.
Maliyyə
383
10 Noyabr , 2020 15:41
Azərbaycanda auditor xidmətlərinin minimum hədlərinə güzəşt edilə bilər

Bu gün Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.

“Report” bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, iclasda Şura üzvləri və Şura yanında komitə sədrləri iştirak edib. İştirakçılar aşağıdakı məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul ediblər:

1. “2021-2030-cu illərdə auditor xidmətinin inkişaf konsepsiyası”nın hazırlanması;

2. Palatanın və onun Şurasının iş planlarının, Palatanın iş planına əsasən tərtib edilmiş Plan-proqramların, Palata rəhbərliyinin əmrlərinin, sərəncamlarının və tapşırıqlarının icra olunması;

3. “Kölgə iqtisadiyyatının ölçülməsi üzrə metodik Əsasnamə”;

4. Əmlakın qiymətləndirilməsinin auditinə dair proqramın layihəsi;

5. Auditor xidmətlərinin minimum hədlərinə auditor təşkilatları və sərbəst auditorlar tərəfindən riayət edilməsi vəziyyətinin araşdırılması;

6. “Auditor fəaliyyətində haqsız rəqabət hallarına qarşı mübarizəyə dair Təlimat”ın layihəsinin müzakirə edilməsi;

7. Avrasiya Mühasiblər və Auditorlar Assosiasiyasının təsis edilməsi və onun nizamnaməsinin layihəsinin müzakirə olunması;

8. Auditor xidmətlərinin minimum hədlərinə güzəşt edilməsi.

Son xəbərlər

Orphus sistemi