Azərbaycanda auditor xidmətlərinin dəyərinin minimum hədləri dəyişdiriləcək

Azərbaycanda auditor xidmətlərinin dəyərinin minimum hədləri dəyişdiriləcək Auditorlar Palatasında ölkə ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədlərinə dair “Dəyirmi masa” keçirilib.
Maliyyə
10 Avqust , 2022 16:29
Azərbaycanda auditor xidmətlərinin dəyərinin minimum hədləri dəyişdiriləcək

Auditorlar Palatasında ölkə ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədlərinə dair “Dəyirmi masa” keçirilib.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, iclasda çıxış edən Palatanın icraçı direktoru və işçi qrupunun rəhbəri Səbuhi Gülməmmədov auditor fəaliyyətində haqsız rəqabətin və dempinq hallarının aradan qaldırılması, göstərilən auditor xidmətlərinin keyfiyyətinin artırılması, müstəqil auditə ictimai etimadın və auditor peşəsinin cəmiyyətdəki nüfuzunun artırılması məqsədilə Auditorlar Palatası Şurasının fevralın 15-də keçirilmiş iclasında 2022-ci ilin “Auditor fəaliyyəti sahəsində haqsız rəqabətə qarşı mübarizə ili” elan olunduğunu və Palata sədrinin 25 fevral tarixli sərəncamı ilə “Auditor xidməti sahəsində haqsız rəqabətin aradan qaldırılmasına dair Tədbirlər Planı”nın təsdiq edildiyini vurğulayıb.

O, həmçinin qeyd edib ki, Türkiyə təcrübəsini nəzərə almaqla, auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi, korrupsiyaya şərait yaradan hallara qarşı qabaqlayıcı tədbirlərin görülməsi, xidmət bazarında haqsız rəqabətə yol verilməməsi və sifarişçi təsərrüfat subyektlərində auditor xidmətlərinin dəyəri barədə obyektiv fikrin formalaşdırılması məqsədilə auditor xidmətlərinin dəyərinin minimum hədləri yenidən işlənib hazırlanıb. Yeni layihəyə əsasən, minimum hədlərin tətbiqi auditor təşkilatları və sərbəst auditorlar üçün məcburi xarakter daşıyır.

Auditor xidmətlərinin dəyərinin minimum hədlərinə dair layihənin Auditorlar Palatasının Şurasının növbəti iclasında müzakirə olunmaq üçün təqdim edilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi