Azərbaycanda audit sistemində innovasiyaların tətbiqi ilə bağlı konsepsiya hazırlanır

Azərbaycanda audit sistemində innovasiyaların tətbiqi ilə bağlı konsepsiya hazırlanır Auditorlar Palatası audit sistemində innovasiyaların tətbiqi ilə bağlı konsepsiya hazırlayır.
Maliyyə
16 Sentyabr , 2019 11:06
Azərbaycanda audit sistemində innovasiyaların tətbiqi ilə bağlı konsepsiya hazırlanır

Auditorlar Palatası audit sistemində innovasiyaların tətbiqi ilə bağlı konsepsiya hazırlayır.

“Report” xəbər verir ki, bu barədə Palatanın sədri Vahid Novruzov “Audit xidməti haqqında” qanunun qəbulunun 25 illik yubileyi ilə bağlı keçirilən tədbirdə məlumat verib.

Onun sözlərinə görə, “İnnovasiya Konsepsiyası” adlı sənəd üzərində işlər bu ilin sonuna qədər başa çatdırılacaq.

“Konsepsiya audit xidmətini daha da təkmilləşdirəcək. Bunun üçün xarici təcrübə öyrənilir”, - deyə o, qeyd edib.

V.Novruzov həmçinin əlavə edib ki, rəhbərlik etdiyi qurum “Kölgə iqtisadiyyatına qarşı mübarizə iqtisadi inkişafın mühüm amili kimi” adlı yol xəritəsi üzərində işləri başa çatdırmaq üzrədir: “Bu sənəddə kölgə iqtisadiyyatının azaldılması istiqamətində problemlər, onların həlli və digər məsələlər yer alacaq”. 

Orphus sistemi