Azərbaycanda "Audatex" sisteminin tətbiqi üzrə işçi qrupu yaradılır

Azərbaycanda "Audatex" sisteminin tətbiqi üzrə işçi qrupu yaradılır Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə sığorta şirkətlərinin “Audatex Azərbaijan” MMC ilə görüşü keçirilib.
Maliyyə
16 Mart , 2018 10:31
Azərbaycanda Audatex sisteminin tətbiqi üzrə işçi qrupu yaradılır

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə sığorta şirkətlərinin “Audatex Azərbaijan” MMC ilə görüşü keçirilib.

“Report” ASA-ya istinadən xəbər verir ki, görüşdə qurumun sədri Mustafa Abbasbəyli, "Audatex Azərbaijan"ın nümayəndələri, sığortaçıların rəhbər və sahə üzrə əlaqədar şəxsləri iştirak ediblər.

Görüş zamanı "Audatex" sisteminin fəaliyyət mexanizmi barədə məlumat verilib və onun Azərbaycanda tətbiqi müzakirə edilib, bunun üçün mövcud problemlər barədə fikir mübadiləsi aparılıb və təkliflər irəli sürülüb. 

Görüşün yekununda sistemin tətbiqi üzrə ASA-nın nəzdində işçi qrupunun yaradılması qərara alınıb.

Qeyd edək ki, "Audatex" fəaliyyətini "Solera" nəzdində həyata keçirən və İsveçrədə yerləşən "Audatex Holding GMBH" ve "Audatex GMBH" şirkətlərinin birgə əməkdaşlığı nəticəsində yaradılıb. Sistem 1960-cı illərdə zərərlərin tənzimlənməsi mexanizminin sadələşdirilməsi məqsədilə Almaniyada özəl bir avtomobil təmir mərkəzində şassi və işçilərlə bağlı məlumatların toplanması nəticəsində ortaya çıxıb.

1971-ci ildə "Audatex" zərərlərin təsbitində daha effektiv və etimad edilən bir sistem olması məqsədilə İsveçrə bazarına təqdim olunub. "Audatex" zərərlərin hesablanması və tənzimlənməsi mexanizmini 55-dən çox ölkəyə təqdim etmiş beynəlxalq şirkətdir. Bu ölkələrdə "Audatex" sığorta şirkətləri, ekspertlər və avtomobil təmir mərkəzləri arasında ortaq dilin istifadəsini təmin edərək bu sahədə standartları müəyyən edir və sektoru istiqamətləndirir.

Son xəbərlər

Orphus sistemi