Azərbaycanda “Audatex” qiymətləndirmə sistemindən istifadə səviyyəsi 30%-ə yaxındır

Azərbaycanda “Audatex” qiymətləndirmə sistemindən istifadə səviyyəsi 30%-ə yaxındır Sistem əsasən yaşı 5 ilə qədər avtomobilləri və “Yaşıl Kart” çərçivəsində icbari sığortalanmış xarici ölkə vətəndaşlarına məxsus maşınları əhatə edir
Maliyyə
26 Aprel , 2017 16:42
Azərbaycanda “Audatex” qiymətləndirmə sistemindən istifadə səviyyəsi 30%-ə yaxındır

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycanda avtomobillərin icbari sigortası ilə bağlı baş verən sığorta hadisələrinin 27-28%-də zərərin məbləği “Audtex” qiymətləndirmə sisteminin köməyi ilə müəyyən edilir.

Bu barədə “Report”a açıqlamasında “Audatex Azerbaijan” MMC-nin direktoru Zakir Kərimzadə bildirib.

“Hazırda sistem əsasən yaşı 5 ilə qədər olan avtomobilləri, eləcə də “Yaşıl Kart” sistemi çərçivəsində icbari qaydada sığortalanmış xarici ölkə vətəndaşlarına məxsus maşınları əhatə edir, - deyə o, qeyd edib.

Z.Kərimzadənin sözlərinə görə, ötən ilin sonunda rəhbərlik etdiyi şirkət xidmət haqqını avrodan manata keçirsə də (bu, təxminən 2 dəfə ucuzlaşma deməkdir) hələ də Azərbaycan bazarında “Audatex”dən istifadə səviyyəsi qaneedici deyil: “Sığorta şirkətləri hələ də avtomobillərin ehtiyat hissələrinin 2-ci əl bazarı ilə işləməyə üstünlük verir. Bu bazarda satılan malların isə nə standart qiyməti, nə də kodu var. Odur ki, “Audatex”dən istifadə səviyyəsi hələ ki, aşağıdır”. 

Son xəbərlər

Orphus sistemi