Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,5 % artaraq bu il oktyabrın 1-nə 650 086 olub.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 13,7 % artıb və 33 141-ə çatıb. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,9 % artaraq 178 511-ə çatıb.