Azərbaycanda vergi orqanlarının xətti ilə aksiz vergisi üzrə büdcə daxilolmaları 25% artacaq

Azərbaycanda vergi orqanlarının xətti ilə aksiz vergisi üzrə büdcə daxilolmaları 25% artacaq Gələn il Azərbaycanın dövlət büdcəsində aksiz vergisi üzrə daxilolmaların 1 106,8 milyon manat təşkil edəcəyi gözlənilir.
Maliyyə
8 noyabr 2021 08:17
Azərbaycanda vergi orqanlarının xətti ilə aksiz vergisi üzrə büdcə daxilolmaları 25% artacaq

Gələn il Azərbaycanın dövlət büdcəsində vergi orqanlarının xətti ilə aksiz vergisi üzrə daxilolmaların 1 106,8 milyon manat təşkil edəcəyi gözlənilir.

“Report”un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 24,5% çoxdur.

Aksiz vergisi üzrə daxilolmaların 567,8 milyon manatı neft, 539 milyon manatı isə qeyri-neft sektorunun payına düşəcək.

Son xəbərlər

Orphus sistemi