Azərbaycanda 84 günlük notlar yenidən dövriyyəyə buraxılıb

Azərbaycanda 84 günlük notlar yenidən dövriyyəyə buraxılıb Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) 84 günlük notlarını yenidən dövriyəyə buraxıb.
Maliyyə
28 Yanvar , 2022 13:37
Azərbaycanda 84 günlük notlar yenidən dövriyyəyə buraxılıb

Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) 84 günlük notlarını yenidən dövriyəyə buraxıb.

“Report” bu barədə “Bakı Fond Birjası” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, Birjada AMB-nin 30 milyon manatlıq, 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərraca 17 investor qiyməti intervalı 98,6193 manat (6%) və 99,2129 manat (3.4%) olan 19 sifariş təqdim edib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 279,764 milyon manat olub. Son nəticədə notların hamısı yerləşdirilib. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99,2129 manat (3,4%) müəyyən edilib.

Beləliklə, hazırda AMB-nin dövriyyədə 430 milyon manatlıq notu var. Bunun 400 milyon manatlıq hissəsi 28 günlük notlardır ki, illik 6,1% gəlirliliklə buraxılıb. Qalan 30 milyon manatlıq not isə bu gündən illik 3,4% gəlirliliklə dövriyyədədir.

Son xəbərlər

Orphus sistemi