Azərbaycanda 6 bağlanmış bankın əmlakı 29 lot üzrə satışa çıxarılır

Azərbaycanda 6 bağlanmış bankın əmlakı 29 lot üzrə satışa çıxarılır Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan “Bank Standard” QSC, “Texnika Bank”, “Atra Bank”, “Kredo Bank”, “Bank of Azerbaijan” və “Royal Bank” ASC-lərin balansındakı daşınar və daşınmaz əmlakı 29 lot üzrə satışa çıxarır.
Maliyyə
8 Avqust , 2018 10:04
Azərbaycanda 6 bağlanmış bankın əmlakı 29 lot üzrə satışa çıxarılır

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan “Bank Standard” QSC, “Texnika Bank”, “Atra Bank”, “Kredo Bank”, “Bank of Azerbaijan” və “Royal Bank” ASC-lərin balansındakı daşınar və daşınmaz əmlakı 29 lot üzrə satışa çıxarır.

"Report" xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, 20 lot üzrə əmlak 1-ci dəfə, 9 lot üzrə əmlak isə 4-cü dəfə hərraca çıxarılır. 

Sentyabrın 3-də keçiriləcək hərracda investorlara 8 ədəd bankomat, 2 ədəd generator, 9 ədəd inkasator maşını, Bakıda 1 ədəd qeyri-yaşayış sahəsi, 1 ədəd minik avtomobili, 6 lot üzrə komptyter və rabitə avadanlığı, 1 lot üzrə mebel və texniki avadanlıq, 1 lot üzrə 60 ədəd POS-terminal təklif ediləcək. 

Hərrac açıq formada Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 156(20A), 1933-cü məhəllə ünvanında olacaq. Hərraca cıxarılacaq əmlakların vəziyyəti ilə http://www.birjanews.az/store/mantlrin-sigortalanm... linki vasitəsilə tanış olmaq olar.

Xatırladaq ki, ADIF indiyə qədər hərraclarda ləvedicisi olduğu “Bank Standard” QSC, “Texnika Bank”, “Bank of Azerbaijan”, “Zamin Bank”, “Deka Bank" və “Royal Bank” ASC-lərə məxsus 17 ədəd avtomobil, 5 ədəd bankomat, pul sayan və pul presləyən avadanlıqlar, 4 lot üzrə 340 ədəd mebel və texniki avadanlıq, generator, Bakıda fərdi evi, Qubada qeyri-yaşayış sahəsi, İsmayıllıda isə torpaq sahəsi satıb.

Son xəbərlər

Orphus sistemi