Azərbaycanda 6 bağlanmış banka məxsus əmlaklar hərraca çıxarılır

Azərbaycanda 6 bağlanmış banka məxsus əmlaklar hərraca çıxarılır Hərraclar Respublika Xammal və Əmtəə Birjasında olacaq
Maliyyə
25 Yanvar , 2018 17:53
Azərbaycanda 6 bağlanmış banka məxsus əmlaklar hərraca çıxarılır

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Respublika Xammal və Əmtəə Birjası vasitəsilə ləğvedicisi olduğu 6 bankın balansında olan əmlakları satışa çıxarır.

“Report” Fonda istinadən xəbər verir ki, 39 lot üzrə daşınar və daşınmaz əmlak ilk dəfə, 15 lot üzrə daşınar və daşınmaz əmlak isə 2-ci dəfə potensial investorlara təklif olunacaq.

Belə ki, “Bank Standard” QSC-nin balansında olan 1 ədəd “Daewoo Nexia”, 3 ədəd “Mitsubishi Lancer”, 6 ədəd “Toyota Corolla”, 1 ədəd “Toyota Avalon” markalı minik avtomobilləri və 2 ədəd bankomat təkrar hərraca, 2 ədəd “VAZ-213100”, 2 ədəd “Toyota Camry”, 2 ədəd “Lexus LX-570”, 1 ədəd “Mercedes Benz CLS 63 AMG”, 1 ədəd “Mercedes Benz GL500”, 1 ədəd “Mercedes Benz S500i”, 1 ədəd “Jeep Grand Cherokee”, 1 ədəd “Mitsubishi Outlander”, 2 ədəd “Ford Transit Connect” markalı minik avtomobilləri və 4 ədəd bankomat isə ilk dəfə hərraca çıxarılıb.

Bundan başqa, “Royalbank” ASC-nin balansında olan 1 mənzil, 2 ev və 1 qeyri-yaşayış sahəsi, “Zaminbank” ASC-nin balansında olan 1 ədəd “Ford Transit Connect” markalı avtomobil, “Qafqaz İnkişaf Bankı” ASC-nin balansında olan 1 ədəd “Mercedes Benz S350” markalı avtomobil, “Kredobank” ASC-nin balansında olan 1 qeyri-yaşayış sahəsi təkrar hərraca, 2 qeyri-yaşayış sahəsi, 1 ədəd “QAZ-3110”, 1 ədəd “Toyota Camry” və 1 ədəd “Toyota Land Cruser” markalı avtomobillər, “Texnikabank” ASC-nin balansında olan bağ evi təkrar hərraca, 2 ədəd bankomat, 7 qeyri-yaşayış sahəsi və bir lot üzrə 3 torpaq sahəsi ilk dəfə hərraca çıxarılıb.

Hərraclar Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 156 (20A) ünvanında, bağ evi üçün fevralın 12-də, təkrar satışa çıxarılan digər əmlaklar üçün fevralın 19-da, ilk dəfə satışa çıxarılan digər əmlaklar isə fevralın 26-da olacaq.

Ətraflı məlumatı http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu linki vasitəsilə və 566-70-25, 566-79-67 nömrəli telefonlarla əldə etmək olar. 

Son xəbərlər

Orphus sistemi