Azərbaycanda 6 bağlanmış banka məxsus əmlaklar 45 lot üzrə hərraca çıxarılır

Azərbaycanda 6 bağlanmış banka məxsus əmlaklar 45 lot üzrə hərraca çıxarılır Hərracda Xammal və Əmtəə Birjasında olacaq
Maliyyə
102
9 İyul , 2018 12:44
Azərbaycanda 6 bağlanmış banka məxsus əmlaklar 45 lot üzrə hərraca çıxarılır
0 : 00
0 : 00

Bakı. 9 iyul. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Xammal və Əmtəə Birjası vasitəsilə ləğvedicisi olduğu "Bank Standard” QSC, “Texnika Bank”, “Zamin Bank”, “Deka Bank”, “Bank of Azərbaycan” və “Qafqaz Inkişaf Bankı” ASC-lərin balansındakı daşınar və daşınmaz əmlakları 45 lot üzrə hərraca çıxarır. 

"Report" ADIF-a istinadən xəbər verir ki, 7 lot üzrə əmlak 1-ci dəfə, 17 lot üzrə əmlak 2-ci dəfə, 10 lot əmlak 3-cü dəfə, 11 lot üzrə əmlak isə 4-cü dəfə hərraca çıxarılır.

Hərrac iyulun 16-da, 30-da və avqustun 6-da, açıq formada Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 156(20A), 1933-cü məhəllə ünvanında keçiriləcək. Hərraca cıxarılan əmlakların vəziyyəti ilə http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu?limit=80 linki vasitəsilə tanış olmaq mümkündür. 

Son xəbərlər

Orphus sistemi