Azərbaycanda 52 nəfərə dövlət xətti ilə ipoteka krediti verilib

Azərbaycanda 52 nəfərə dövlət xətti ilə ipoteka krediti verilib Həmin şəxslər adambaşına orta hesabla 61 min manat kredit alıb
Maliyyə
5 Dekabr , 2016 12:34
Azərbaycanda 52 nəfərə dövlət xətti ilə ipoteka krediti verilib

Bakı. 5 dekabr. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) xətti ilə ipoteka kreditləşməsi prosesi bərpa olunub. “Report” AİF-ə istinadən xəbər verir ki, artıq 52 nəfərə dövlət xətti ilə ipoteka krediti verilib. Bununla da, AİF-in vəsaiti hesabına kredit alanların ümumi sayı 18 049-a çatıb. 

Yeni müştərilərə ümumilikdə 3,186 mln. manat borc verilib. Başqa sözlə, adambaşına ipoteka kreditinin məbləği təxminən 61 min manat təşkil edib. Son nəticədə AİF-in məcmu ipoteka portfeli 733,988 mln. manata yüksəlib. 

Son xəbərlər

Orphus sistemi