Azərbaycanda 5 bağlanmış bankın əmlakı hərracda satılıb

Azərbaycanda 5 bağlanmış bankın əmlakı hərracda satılıb Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Respublika Xammal və Əmtəə Birjası vasitəsilə fevralın 19-da və 26-da ləğv prosesində olan 5 bankın balansındakı əmlakların satışı üzrə açıq hərrac keçirib.
Maliyyə
1 Mart , 2018 16:43
Azərbaycanda 5 bağlanmış bankın əmlakı hərracda satılıb

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Respublika Xammal və Əmtəə Birjası vasitəsilə fevralın 19-da və 26-da ləğv prosesində olan 5 bankın balansındakı əmlakların satışı üzrə açıq hərrac keçirib.

“Report” Fonda istinadən xəbər verir ki, keçirilmiş açıq hərracın nəticələrinə əsasən, “Bank Standard” QSC-nin balansındakı 2 ədəd “Toyota Camry”, 1 ədəd “Lexus LX-570”, 1 ədəd “Mitsubishi Outlander”, 1 ədəd “Toyota Corolla”, 1 ədəd “Mitsubishi Lancer”, 2 ədəd “Ford Transit Connect” markalı avtomobillər və 4 ədəd bankomat, “Texnikabank” ASC-nin balansındakı, Şabran rayonunda yerləşən torpaq sahəsi və 2 ədəd bankomat, “Kredobank” ASC-nin balansındakı 1 ədəd “QAZ-3110”, 1 ədəd “Toyota Camry” və 1 ədəd “Toyota Land Cruser” markalı avtomobillər, “Royalbank” ASC-nin balansındakı 1 ədəd qeyri-yaşayış sahəsi, “Zaminbank” ASC-nin balansındakı 1 ədəd “Ford Transit Connect” və “Range Rover” markalı avtomobillər satılıb.

Hərracda bir neçə avtomobilə xüsusi maraq olduğundan onların yekun satış qiyməti ilkin satış qiymətini xeyli üstələyib. Belə ki, “Bank Standard”a məxsus, 2014-cü ilin buraxılışı olan “Toyota Camry” avtomobilinin ilkin qiyməti 34 070 manat olduğu halda, yekun qiyməti 40 890 manat, “Mitsubishi Outlander” avtomobilinin ilkin qiyməti 18 570 manat olduğu halda, yekun qiyməti 25 638 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi