Azərbaycanda 2025-ci ilə qədər 450 min yeni iş yeri açılacaq

Azərbaycanda 2025-ci ilə qədər 450 min yeni iş yeri açılacaq Ekspert: "Strateji Yol Xəritəsinin reallaşması üçün 27 mlrd. manat həcmində investisiyanın ayrılması nəzərdə tutulub"
Maliyyə
24 Fevral , 2017 20:50
Azərbaycanda 2025-ci ilə qədər 450 min yeni iş yeri açılacaq

Bakı. 24 fevral. REPORT.AZ/ Dünya iqtisadiyyatında baş verən neqativ proseslərin təsiri nəticəsində 2015-ci ildə 2014-cü ilə nisbətən işsizlik səviyyəsində 2%-lik artım müşahidə edilib.

Bunu “Report”a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) eksperti Ramil Hüseyn deyib.

O deyib ki, Azərbaycanda islahatların başlanması işsizliyin səviyyəsinin azalmasına müsbət təsir edib: “Amma 2016-cı ildən etibarən işsizliklə bağlı müsbət tendensiyalar müşhaidə edilib. Xüsusəndə 2016-cı ildə kənd təsərrüfatında əməktutumlu sahələrin inkişafının dəsətklənməsi tikinti sektorunda işini itirən vətəndaşlar üçün məşğulluq imkanı yardıb. Açıqlana rəqəmlərə görə, yenə işsizlik səviyyəsi 5% həddindədir. Bu çox müsbət haldır və növbəti illərdə ölkədə işsizlyin azaldılması istiqamətdə konkret addımlar atılacaq”.

Ekspert hesab edir ki, növbəti 8 ildə yarım milyona qədər yeni iş yeri açılacaq və bu da proseslərə müsbət təsir edəcək: “Cənab prezidentin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə Strateji Yol Xəritələri təsdiq edilib. Məhz Strateji Yol Xəritələrinə əsasən 2025-ci ilə qədər 450 min yeni iş yeri açılacağı proqnozlaşdırılır. Ölkə iqtisadiyyatın strukturu qeyri–ticari bölməyə nisbətən ticari bölmənin, hasilata nisbətən emalın, dövlət sahibkarlığına nisbətən özəl sahibkarlığın və aşağı dəyər yaradan sektorlara nisbətən yüksək dəyər yaradan sektorların daha üstün artımı hesabına yenidən balanslaşacaqdır. Bu isə o deməkdir ki, qarşıdakı illər ərzində işsizliklə bağlı ciddi problemlər olmayacaq”.

Mərkəz rəsmisi qarşıdakı illərdə Strateji Yol Xəritəsinin reallaşması üçün 27 mlrd. manatı civarında investisiyanın ayrılması nəzərdə tutulub: “Növbəti illərdə turizm sektorunun, emal sektorunun inkişafı və digər aşağıixtisaslı əməyə nisbətən yüksəkixtisaslı əməyə əsaslanan sahələrin inkişafı gənc vətəndaşlar üçün yeni iş yeri imkanı yaradacaq. Bir faktı qeyd etmək istəyirəm ki, yeni yaranan sektorların kadr təminatı üçün “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” özünün böyük töhfəsini verəcək. Bu yol xəritəsinə əsasən iqtisadiyyatdakı inkişaf etdirilməsi planlaşdırılan sektorların kadrla təminatının yüksək səviyyədə həyata keçirilməsi nəzərə alınıb”.

Son xəbərlər

Orphus sistemi