Azərbaycanda 2 sığorta agentliyinin və 2 sığorta brokerinin lisenziyasının qüvvəsi bərpa edilib

Azərbaycanda 2 sığorta agentliyinin və 2 sığorta brokerinin lisenziyasının qüvvəsi bərpa edilib Azərbaycan Mərkəzi Bankı (AMB) 4 hüquqi şəxsə sığorta vasitəçiliyi fəaliyyətinə verdiyi lisenziyanın qüvvəsini bərpa edib.
Maliyyə
8 may 2023 12:03
Azərbaycanda 2 sığorta agentliyinin və 2 sığorta brokerinin lisenziyasının qüvvəsi bərpa edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) 4 hüquqi şəxsə sığorta vasitəçiliyi fəaliyyətinə verdiyi lisenziyanın qüvvəsini bərpa edib.

Bu barədə “Report"a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar mayın 5-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılması ilə əlaqədar qəbul edilib. Həmin şirkətlər “CİB Sığorta Agentliyi”, “Güvən Sığorta Agentliyi”,“Odlar Yurdu Sığorta Brokeri” və “Sizin Sığorta Brokeri” MMC-lərdir.

Son xəbərlər

Orphus sistemi