Bakı. 17 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) Direktorlar Şurasının qərarı ilə "Naxçıvanbank” ASC-nin “Ordubad rayon” filialı və “Kapital Bank” ASC-nin “Bakı Limanı” şöbəsinin açılması üçün icazə verilib. Bu barədə "Report"a Palatadan bildirilib.
Məlumata görə, sözügedən banklar tərəfindən yeni struktur bölmələrinin fəaliyyətə başlaması üçün Palataya daxil olmuş müraciətlər müsbət dəyəndirilib və onların açılmasına dair qərar qəbul edilib.