Azərbaycanda 19 sığorta agentinin lisenziyası ləğv edilib

Azərbaycanda 19 sığorta agentinin lisenziyası ləğv edilib Azərbaycan Mərkəzi Bankı (AMB) 19 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.
Maliyyə
27 Yanvar , 2023 10:05
Azərbaycanda 19 sığorta agentinin lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) 19 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.

Bu barədə "Report"a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bununla bağlı qərar yanvarın 25-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Qərara əsasən, lisenziyalardan 15-i könüllü müraciət əsasında, 4-ü isə lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş hallar müəyyən edilmiş müddətdə aradan qaldırılmadığına görə ləğv olunub.

Son xəbərlər

Orphus sistemi