Azərbaycanda 130 mindən çox yüklülük bildirişi qeydə alınıb

Azərbaycanda 130 mindən çox yüklülük bildirişi qeydə alınıb Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində 130 mindən çox yüklülük bildirişi olub.
Maliyyə
17 mart 2023 07:15
Azərbaycanda 130 mindən çox yüklülük bildirişi qeydə alınıb

Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində 130 mindən çox yüklülük bildirişi olub.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, bunun 47,4 mini ötən il qeydə alınıb.

Xatırladaq ki, Daşınar Əmlakın Yüklülüyü Dövlət Reyestri ölkədə kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi