Bakı. 15 fevral. REPORT.AZ/ Ötən il iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı, ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.
Məlumata görə, ilkin rəqəmlərə əsasən 2018-ci ildə ölkəyə daxil olmuş pul baratlarının dəyəri 1 080 milyon ABŞ dolları təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 6%, 2016-cı ilə nisbətən isə 91,5% çoxdur.