Azərbaycan yuan və digər valyutalara investisiya qoyuluşunu təxirə salıb

Azərbaycan yuan və digər valyutalara investisiya qoyuluşunu təxirə salıb Bunun üçün dünya iqtisadiyyatında münasib şəraitin yaranması gözlənəcək
Maliyyə
26 Sentyabr , 2016 19:09
Azərbaycan yuan və digər valyutalara investisiya qoyuluşunu təxirə salıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Çin yuanı və digər inkişaf etməkdə olan ölkələrin valyutalarına investisiya etmək planlarını təxirə salıb. 

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib. 

Onun sözlərinə görə, hazırda dünya iqtisadiyyatında baş verən mənfi tendensiya nəzərə alınır, odur ki, Azərbaycan yuana və digər inkişaf etməkdə olan ölkələrin valyutalarına investisiya qoyması münasib vaxt deyil. 

AMB sədri əlavə edib ki, bununla əlaqədar dünya iqtisadiyyatının sabitləşməsini gözləmək lazımdır. 

Son xəbərlər

Orphus sistemi