​Azərbaycan “Yaşıl Kart” Beynəlxalq Sığorta Sisteminə qəbul olunub

​Azərbaycan “Yaşıl Kart” Beynəlxalq Sığorta Sisteminə qəbul olunub Azərbaycanın üzvlüyü ilə iştirakçıların sayı 48-ə çatıb
Maliyyə
107
29 May , 2015 13:24
​Azərbaycan “Yaşıl Kart” Beynəlxalq Sığorta Sisteminə qəbul olunub

Bakı. 29 may. REPORT.AZ/ Polşanın Sopot şəhərində keçirilən Bürolar Şurasının növbəti Baş Assambleyasında Azərbaycanın “Yaşıl Kart” Beynəlxalq Sığorta sisteminə qəbul olunması və 1 yanvar 2016-cı il tarixindən fəaliyyətə başlanması təsdiqlənib. Bu barədə "Report"a İcbari Sığorta Bürosundan məlumat verilib.

Məlumata görə, bu sistemə əsasən Avropa ölkələri olmaqla 47 ölkə daxildir və Azərbaycanın üzvlüyü ilə iştirakçıların sayı 48-ə çatıb.

Yaşıl Kart sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Sistemin əsas məqsədi onun üzvü olan istənilən ölkəyə səfər edən xarici avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin onların mənsub olduğu ölkənin milli qanunvericiliyə uyğun qaydada sığortalanması ilə səyahət etdikləri ölkələrdə törətdikləri yol-nəqliyyat hadisələri nəticəsində vurduqları zərərin əvəzinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyinə uyğun qaydada ödənilməsini təmin etməkdən ibarətdir. 

Son xəbərlər

Orphus sistemi