“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin xalis mənfəəti 15 % artıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin xalis mənfəəti 15 % artıb “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2021-ci ili 51,792 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
103
4 May , 2022 10:11
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin xalis mənfəəti 15 % artıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2021-ci ili 51,792 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 15 % çoxdur.

Ötən il ASCO-nun əsas əməliyyat gəlirləri 459,133 milyon manat (əvvəlki illə müqayisədə 9 % çox), satışlarının maya dəyəri 306,069 milyon manat (17,9 % çox), ümumi və inzibati xərcləri 39,962 milyon manat (2,2 % az), sosial xərcləri 7,124 milyon manat (43,2 % az), digər əməliyyat gəlirləri 21,757 milyon manat (11 % çox), digər əməliyyat xərcləri 58,628 milyon manat (4,5 % az), əsas vəsaitlərinin silinməsi xərcləri 740 min manat (əvvəlki il mənfəət olub), məzənnə fərqindən zərəri 77 min manat (25,3 dəfə az), maliyyə xərcləri 1,735 milyon manat (35,3 % az), mənfəət vergisi ödəmələri isə 14,763 milyon manat (8,6 % az) təşkil edib.

Bu il yanvarın 1-nə ASCO-nun aktivləri 1 291,208 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,2 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 12,1 % azalaraq 202,959 milyon manata düşüb, balans kapitalı isə 5,4 % artaraq 1 088,249 milyon manata çatıb.

Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100 % dövlətə məxsusdur.

Səhmdar cəmiyyətinin və törəmə müəssisələrinin 2021-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarını dünyanın nüfuzlu auditor şirkətlərindən sayılan "Ernst & Young Holdings (CIS) B.V." audit edib və müsbət rəy verib. Bildirilib ki, hesabat beynəlxalq standartlara uyğun hazırlanıb, bütün əhəmiyyətli aspektlər baxımından tələblərə tam cavab verir.

Maliyyə hesabatları ASCO-nun Müşahidə Şurasının iclasında da müzakirə olunub. Müzakirələrdə hesabatlar məqbul hesab edilib və təsdiq üçün Ümumi Yığıncağa təqdim olunub.

Sözügedən hesabat qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, sənədlərdə təqdim olunan informasiyadan sərbəst istifadəni təmin etmək məqsədilə ASCO-nun internet səhifəsində yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi