OECD rəsmisi: “Azərbaycanın vergidənyayınmaya qarşı mübarizə üzrə beynəlxalq koalisiyaya qoşulması çox əhəmiyyətli addımdır”

OECD rəsmisi: “Azərbaycanın vergidənyayınmaya qarşı mübarizə üzrə beynəlxalq koalisiyaya qoşulması çox əhəmiyyətli addımdır” Azərbaycan əhəmiyyətli addım ataraq beynəlxalq vergitutma sahəsində şəffaflığa nail olmaq üçün dünyada mövcud olan koalisiyaya qoşulub”.
Maliyyə
8 Oktyabr , 2019 10:46
OECD rəsmisi: “Azərbaycanın vergidənyayınmaya qarşı mübarizə üzrə beynəlxalq koalisiyaya qoşulması çox əhəmiyyətli addımdır”
Ben Dikinson / Report / Firi Salim

"Azərbaycan əhəmiyyətli addım ataraq beynəlxalq vergitutma sahəsində şəffaflığa nail olmaq üçün dünyada mövcud olan koalisiyaya qoşulub”.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisad Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) vergi məsələləri üzrə əsas orqanı olan Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin Qlobal əlaqələr və inkişaf şöbəsinin rəhbəri Ben Dikinson bildirib.

Onun sözlərinə görə, koalisiyaya qoşulmaq Azərbaycanın fəaliyyət istiqamətlərini artırıb: "Çünki irimiqyaslı transmilli şirkətlər məhz vergi rejimindən aşağı olan ölkələrdə fəaliyyətlərini cəmləşdirərək vergidən yayınma halları kimi niyyətə malikdirlər və belə səylər göstərirlər. Buna görə də Azərbaycan məhz bu sahədə mübarizənin aparıldığı beynəlxalq koalisiyaya qoşulub. Bu çox əhəmiyyətli addımdır. Bunun faydası vergidən yayınma hallarının qarşısı alınmağa imkan verir”.

Xatırladaq ki, bu gün OECD-in, Avropadaxili Vergi Adminstrasiyaları Təşkilatı (İOTA) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Avrasiya ölkələri üçün vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi layihəsi”nə həsr olunmuş 5-ci regional iclas keçirilib.

Son xəbərlər

Orphus sistemi