Azərbaycan və Rusiyanın Hesablama palataları arasında görüş keçirilib

Azərbaycan və Rusiyanın Hesablama palataları arasında görüş keçirilib Bu barədə Azərbaycanın Hesablama Palatası məlumat yayıb
Maliyyə
20 May , 2021 11:10
Azərbaycan və Rusiyanın Hesablama palataları arasında görüş keçirilib

MDB-yə üzv olan dövlətlərin Ali Audit Orqanları (AAO) üçün Maliyyə nəzarətinə dair standartların hazırlanması üzrə İşçi qrupun fəaliyyəti çərçivəsində Azərbaycan və Rusiyanın Hesablama palataları arasında video-konfrans formatında görüş keçirilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Hesablama Palatası məlumat yayıb.

Məlumata görə, görüşdə qurumu auditor Cavid Bayramov və Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsinin məsləhətçisi Günay Məmmədova təmsil ediblər. Eyni zamanda, görüşdə Rusiyanın Hesablama Palatasının müvafiq struktur bölmələrinin rəhbərləri və əməkdaşları da iştirak edib.

Toplantıda tərəflərin birlikdə aparacağı MDB-yə üzv olan dövlətlərin Ali Audit Orqanlarında risk əsaslı yanaşmanın istifadə olunması vəziyyətinin təhlili ilə bağlı Rusiyanın Hesablama Palatasının təqdimatları dinlənilib, müzakirələr aparılıb.

Toplantının sonunda Ali Audit Orqanlarında risk əsaslı yanaşmanın istifadə olunması vəziyyətinin təhlili üzrə müvafiq qərarlar qəbul edilib və bu istiqamətdə gələcək əməkdaşlığın perspektiv istiqamətləri müəyyən olunub.

Son xəbərlər

Orphus sistemi