Azərbaycan və Rusiya bankları əməkdaşlıq sazişi imzalayıb

Azərbaycan və Rusiya bankları əməkdaşlıq sazişi imzalayıb Bu gün PAŞA Bank ASC və Rusiyanın Qazprombankı arasında əməkdaşlıq sazişi imzalanıb.
Maliyyə
29 May , 2019 15:11

Bu gün "PAŞA Bank" ASC və Rusiyanın "Qazprombank"ı arasında əməkdaşlıq sazişi imzalanıb. 

"Report" xəbər verir ki, sənədi "PAŞA Bank"ın İdarə Heyətinin (İH) üzvü, baş əməliyyat inzibatçısı Cəlal Orucov və "Qazprombank"ın İH sədrinin müavini Aleksey Belous imzalayıb. 

Əməkdaşlıq sazişi çərçivəsində tərəflər potensial əməkdaşlığın əsas istiqamətlərini, fərdi olaraq hər iki tərəf üçün prioritet olan kənd təsərrüfatı, nəqliyyat, logistika, rabitə və telekommunikasiya və s. sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsini müəyyən ediblər. Hər iki Bank uzun-müddətli perspektivdə kapital bazarlarında, eləcə də qiymətli kağızlar ilə əməliyyatların aparılması və istiqraz ilə bağlı əməliyyatların təşkili sahəsində də tərəfdaşlıq etməyi nəzərdən keçirirlər. Əməkdaşlıq sazişi həmçinin ticarətin maliyyələşdirilməsi, sindikasiya kreditlərində iştirak və müştərək layihələr çərçivəsində zəmanətlərin təmin edilməsi fəaliyyətlərində də tərəflərin maraqlarını təsbit edir.

İmzalama mərasimində C.Orucov deyib ki, "PAŞA Bank" iqtisadiyyatın qeyri-neft sektorunun, o cümlədən ticarət və xidmətlər, kənd təsərrüfatı, tikinti, nəqliyyat və logistika kimi əsas sahələrin inkişafına böyük diqqət yetirir: "PAŞA Bank" və "Qazprombank" arasında bu sənədin imzalanmasının əsas məqsədi iki maliyyə təşkilatı arasında məhsuldar əməkdaşlığı inkişaf etdirmək və təcrübə və ən səmərəli yanaşmaların mübadiləsini həyata keçirməkdir. Əminəm ki, müxtəlif növ investisiya layihələrinin həyata keçirilməsi sahəsində tərəfdaşlığımız bazarın inkişafına müsbət təsir göstərəcək və ümumilikdə ölkə iqtisadiyyatının daha da şaxələndirilməsinə öz töhfəsini verəcək". 

A.Belous isə qeyd edib ki, "Qazprombank" Azərbaycan şirkətləri ilə uzun-müddətli qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir və sosial-iqtisadiyyat sahəsində bu əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır: "PAŞA Bank" ilə əməldaşlıq sazişinin imzalanması qarşımızda ölkə infrastrukturunun kompleks şəkildə inkişafı üçün miqyaslı investisiya layihələrinin həyata keçirilməsi sahəsində yeni perspektivləri açacaq". 

Son xəbərlər

Orphus sistemi