Azərbaycan və Əfqanıstan maliyyə nazirləri görüşüb

Azərbaycan və Əfqanıstan maliyyə nazirləri görüşüb Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Maliyyə
8 Noyabr , 2017 18:01
Azərbaycan və Əfqanıstan maliyyə nazirləri görüşüb

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report”un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə iki ölkənin beynəlxalq qurumlarda, o cümlədən beynəlxalq maliyyə təşkilatlarında bir-birini dəstəklədiyi qeyd olunub.

Azərbaycanın əlverişli coğrafi mövqeyi və əldə etdiyi uğurlar, iri enerji və regional nəqliyyat-infrastruktur layihələrinin təşəbbüskarı və iştirakçısı kimi tranzit imkanları, bu günlərdə istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin qlobal miqyasda əhəmiyyətindən bəhs olunub, bu tranzit və nəqliyyat xətlərinin Əfqanıstan daşımaları üçün böyük imkanlar yaratdığı vurğulanıb.

Görüşdə həmçinin Əfqanıstan nümayəndə heyəti Maliyyə Nazirliyində hazırda tətbiq olunan bir sıra avtomatlaşdırılmış və inteqrasiya olunmuş sistemlərə maraq göstərib. İlk növbədə, onlar müasir “bulud” texnologiyaları üzərində qurulmuş büdcə təşkilatlarının resurslarını idarə edən və dövlət müəssisələrinin maliyyə və mühasibatlıq hesabatlarını tərtib edən avtomatlaşdırılmış informasiya sistemi (FARABI) ilə yaxından tanış olublar. Bundan əlavə, qeyd olunan sistem ilə inteqrasiya olunmuş və real vaxt rejimində bütün xəzinə və bank əməliyyatlarını həyata keçirən və faktiki xərclərə nəzarəti təmin edən Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi qonaqlarda maraq yaradıb.

Əfqanıstanın maliyyə naziri Azərbaycan Maliyyə Nazirliyində tətbiq olunan və müasir informasiya-kommunikasiya texnologiyalarına əsaslanan bu təcrübənin ölkəsində də tətbiq etmək arzusunu ifadə edib.

Son xəbərlər

Orphus sistemi