Azərbaycan və Çin ali audit sahəsində təcrübə mübadiləsi aparacaq

Azərbaycan və Çin ali audit sahəsində təcrübə mübadiləsi aparacaq Azərbaycanın Hesablama Palatası ilə Çinin Ali Audit Ofisi arasında onlayn görüş keçirilib.
Maliyyə
30 Aprel , 2022 09:40
Azərbaycan və Çin ali audit sahəsində təcrübə mübadiləsi aparacaq

Azərbaycanın Hesablama Palatası ilə Çinin Ali Audit Ofisi arasında onlayn görüş keçirilib.

Bu barədə "Report"a Palatadan bildirilib.

Məlumata görə, görüşün məqsədi Hesablama Palatasının Təlim mərkəzinin fəaliyyətini dəstəkləmək, qurumun əməkdaşların bilik və bacarıqlarının artırılması olub.

Görüşdə kənar dövlət maliyyə nəzarəti prosesində keyfiyyətə nəzarət, dövlət satınalmaların auditi, dövlət borcunun auditi kimi mövzular üzrə təlimlərin keçirilməsinin mümkünlüyü vurğulanıb, eləcə də, mövcud pandemiya şəraiti nəzərə alınaraq praktik təcrübə mübadiləsinin həyata keçirilməsi üçün cari təlimlərin onlayn qaydada sentyabr ayından başlanılması ilə bağlı ilkin razılığa gəlinib.

Son xəbərlər

Orphus sistemi