Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının yeni tərkibi təsdiqlənib

Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının yeni tərkibi təsdiqlənib Bakı. 5 mart. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. 
Maliyyə
5 Mart , 2018 18:37
Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının yeni tərkibi təsdiqlənib
Report

Bakı. 5 mart. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında" sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli sərəncamının 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

“Komissiyanın sədri

Azərbaycan Respublikasının energetika naziri

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru.”.

Xarici İşlər Nazirliyinə isə bu sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Ukrayna tərəfinə bildiriş göndərməsi tapşırılıb.

Son xəbərlər

Orphus sistemi