Bu gün Bakıda "Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi" mövzusunda konfrans keçirilib.
"Report" xəbər verir ki, konfransda
Bildirilib ki, 2018-2019-cu illərdə DSK və KSK arasında Azərbaycanın statistik potensialının gücləndirilməsi ilə bağlı 2 layihə həyata keçirilib. Layihələr çərçivəsində Azərbaycanın dövlət qurumunun statistika və informasiya texnologiyaları üzrə cari vəziyyəti və ehtiyacları təhlil edilib. Komitədə 2 ədəd server avadanlıqları quraşdırılıb və "Azərbaycanın Statistik İnformasiya Xidməti-ASİ S" statistik məlumatların yayım sistemi hazırlanaraq istifadəyə verilib. KSK DSK-nın 34 əməkdaşına Koreyada, 50-dən çox əməkdaşına isə Azərbaycanda təlimlər keçib, ümumilikdə Azərbaycana 1,2 milyon manatlıq dəstək göstərilib.
Daha sonra konfransda "Statiska modernizasiyası - Koreya təcrübəsi", “Dövlət Statistika Komitəsində rəsmi statistik məlumatların istehsalı proseslərin təşkili: həyata keçirilmiş islahatlar və çağırışlar" və digər mövzularda müzakirələr dinlənilib.