İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 2023-cü ilin mənfəət bəyannaməsi üzrə audit yoxlaması üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.
İddiaçılar təkliflərini iyunun 14-nə qədər AZSTAND-ın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Elçin İsaqzadə qəsəbəsi, 7-ci köndələn ünvanına təqdim edə bilərlər.
Təkliflərə iyunun 14-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.