Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 9%-dən çox artırıb

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 9%-dən çox artırıb Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 48 558,5 milyon ABŞ dolları təşkil edib.
Maliyyə
101
25 Oktyabr , 2019 15:15
Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 9%-dən çox artırıb

Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 48 558,5 milyon ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bunun 87,6%-i və yaxud 42 524,4 milyon dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,4%-i, yaxud 6 034,1 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 155,4 milyon dollar və yaxud 0,3% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 60,7 milyon dollar və yaxud 0,15%, AMB-nin valyuta ehtiyatlarında isə 94,7 milyon dollar və yaxud 0,15% artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 4 036,3 milyon dollar və yaxud 9,1% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 3 536,7 milyon dollar və yaxud 9,1%, AMB-nin valyuta ehtiyatları isə 499,6 milyon dollar və yaxud 9% artıb.

ARDNF-nin valyuta ehtiyatları
(milyon ABŞ dolları)
AMB-nin valyuta ehtiyatları
(milyon ABŞ dolları)
Azərbaycanın valyuta ehtiyatları
(milyon ABŞ dolları)
01.10.2019 42 524,4 6 034,1 48 558,5
01.07.2019 42 463,7 5 939,4 48 403,1
01.04.2019 40 273,3 5 778,6 46 051,9
01.01.2019 38 515,2 5 625,7 44 140,9
01.10.2018 38 987,7 5 534,5 44 522,2

Son xəbərlər

Orphus sistemi