Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 7%-ə yaxın artırıb

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 7%-ə yaxın artırıb Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 46 051,9 milyon ABŞ dolları təşkil edib.
Maliyyə
26 Aprel , 2019 16:33
Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 7%-ə yaxın artırıb
Getty

Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 46 051,9 milyon ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bunun 87,45%-i və yaxud 40 273,3 milyon dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,55%-i və yaxud 5 778,6 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 1 911 milyon dollar və yaxud 4,3% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1758,1 milyon dollar və yaxud 4,6%, AMB-nin valyuta ehtiyatlarında isə 152,9 milyon dollar və yaxud 2,7% artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 2 912,2 milyon dollar və yaxud 6,75% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 2 641,6 milyon dollar və yaxud 7%, AMB-nin valyuta ehtiyatları isə 270,6 milyon dollar və yaxud 4,9% artıb.

ARDNF-in valyuta ehtiyatları
(milyon ABŞ dolları)
AMB-nin valyuta ehtiyatları
(milyon ABŞ dolları)
Azərbaycanın valyuta ehtiyatları
(milyon ABŞ dolları)
01.04.2019 40 273,3 5 778,6 46 051,9
01.01.2019 38 515,2 5 625,7 44 140,9
01.10.2018 38 987,7 5 534,5 44 522,2
01.07.2018 38 036,1 5 512,7 43 548,8
01.04.2018 37 631,7 5 508,0 43 139,7

Son xəbərlər

Orphus sistemi