Azərbaycan şirkəti ölkə xaricində qlobal bankın tenderində qalib olub

Azərbaycan şirkəti ölkə xaricində qlobal bankın tenderində qalib olub Azərbaycanın "Ekvita" konsaltinq şirkəti Özbəkistanda Asiya İnkişaf Bankının (ADB) “Mərkəzi və Qərbi Asiyada Gender-İnklüziv Layihələrinin Hazırlanaması və İcrası” adlı layihə üzrə beynəlxalq tenderində qalib elan edildi.
Maliyyə
27 Noyabr , 2021 15:54
Azərbaycan şirkəti ölkə xaricində qlobal bankın tenderində qalib olub

Azərbaycanın "Ekvita" konsaltinq şirkəti Özbəkistanda Asiya İnkişaf Bankının (ADB) “Mərkəzi və Qərbi Asiyada Gender-İnklüziv Layihələrinin Hazırlanaması və İcrası” adlı layihə üzrə beynəlxalq tenderində qalib elan edildi.

"Report" xəbər verir ki, tender ADB-inin beynəlxalq satınalma portalı vasitəsilə keçirilmiş və ADB-inin baş qərargahı Manila şəhərində qiymətləndirilib. "Ekvita" topladığı ən yüksək texniki bala görə Çin, Hindistan və Yeni Zelandiyadan olan xarici şirkətlər arasından qalib seçilib. Beləliklə "Ekvita", xaricə çıxış əldə edən Azərbaycanın ilk konsaltinq şirkəti oldu.

13 ildir ki, fəaliyyət göstərən "Ekvita" şirkətinin həm özünün insan resursları, həm də təcrübəsi imkan verir ki, Asiya İnkişaf Bankı kimi böyük bir qurumun tələblərinə uyğun olan layihəni ölkə xaricində icra edə bilsin.

Bu Texniki Yardım (istinad nömrəsi: TA 6693-REG) layihəsinin məqsədi Özbəkistanın əsas dövlət agentlikləri, təhsil müəssisələri və biznes assosiasiyaları ilə sıx işləyərək STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) və TVET (texniki və peşə təhsili və təlimi) üzrə təlim materiallarının qiymətləndirilməsidir. Layihə Özbəkistanın Xivə, Urgənc və Buxara regionalarındakı qadınların elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində, həmçinin dəmiryolu və turizm sektorundakı iş yerlərinə yiyələnmək üçün qarşılaşdıqları çağırışları və maneələri müəyyən edəcək.

Bu qiymətləndirmənin nəticəsi olaraq, "Ekvita" bütün maraqlı tərəflər üçün tövsiyələr hazırlayaraq təlim planı təşkil edəcək və bacarıqların inkişafı planı hazırlayacaq. Bu işlərin icrasında "Ekvita" həm beynəlxalq, həm də Azərbaycan və Özbəkistan ekspertlərinin bacarığına əsaslanacaq.

"Son illər "Ekvita" Orta Asiya, Türkiyə və Balkan ölkələrində gender bərabərliyi, KOB-ların və startapların inkişafı, əmək siyasəti və digər müxtəlif kommersiya layihələrində iştirak edib. Gender bərabərliyi və gender inklüzivliyi kimi həssas bir mövzuda çalışacağımızdan xüsusi qurur duyuruq, və bu layihəni həm ADB, həm benefisiarlar üçün uğurlu olması üçün əlimizdən gələni edəcəyik.

Bu uğur "Ekvita"nın regional konsaltinq şirkəti olması yolunda uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir. Bu günədək "Ekvita" 13 ildən artıq müddətdə Azərbaycanda iş yerləri açaraq və iqtisadiyyatımıza töhfə verərək uğurla çalışıb. Bu kimi layihələr sayəsində biz iqtisadiyyata öz töhfəmizi daha da artıracağımıza ümid edirik. Həmçinin, ən yüksək texniki bal toplamağımız ADB-inin bizə göstərdiyi etimaddan xəbər verir”, - bunu "Ekvita" şirkətinin təsisçisi və direktoru İlqar Mehti deyərək bildirib.

Qeyd edək ki, "Ekvita" şirkəti hüquq, vergi, maliyyə, audit və idarəetmə üzrə tam əhatəli konsaltinq xidməti göstərir. Özəl sektordakı müştəriləri sırasında dünya miqyasında fəaliyyət göstərən və “Fortune 500”də yer alan şirkətlər yer alıb. Müxtəlif dövlət layihələri ilə yanaşı, "Ekvita" həmçinin, Avropa Komissiyası, Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər beynəlxalq donorların irihəcmli layihələrinin icrasında iştirak edib.

"Ekvita"nın aparıcı mövqeyi "IFRL 1000", "Legal 500", "Chambers & Partners" kimi beynəlxalq reytinq təşkilatları tərəfindən və müvafiq beynəlxalq standartlarla tanınır.

Son xəbərlər

Orphus sistemi