Azərbaycan Sığortaçılar Assosiasiyasında Vasitəçilər Komitəsinin ilk görüşü keçirilib

Azərbaycan Sığortaçılar Assosiasiyasında Vasitəçilər Komitəsinin ilk görüşü keçirilib Bakı. 24 may. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə mayın 7-də qurumun nəzdində yaradılmış Vasitəçilər Komitəsinin ilk görüşü keçirilir.
Maliyyə
24 May , 2018 10:00
Azərbaycan Sığortaçılar Assosiasiyasında Vasitəçilər Komitəsinin ilk görüşü keçirilib
0 : 00
0 : 00

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə mayın 7-də qurumun nəzdində yaradılmış Vasitəçilər Komitəsinin ilk görüşü keçirilir. 

"Report" ASA-ya istinadən xəbər verir ki, görüşdə qurumun sədri Mustafa Abbasbəyli, sədr müavini və digər əməkdaşları, həmçinin assosiasiyaya bu ildən üzv olan “Zaman Sığorta və Təkrarsığorta Brokeri" MMC-nin baş kommersiya direktoru Xəyal Məmmədxanlı, “Avand Sığorta Brokeri" MMC-nin rəhbəri OrxanHəsənov, “AS Prof Sığorta Agentliyi" MMC-nin rəhbəri Cahid Qurbanov, “Efendi Legaland İP Consultancy” MMC-nin rəhbəri Elmar Hacıyev və baş mühasibi iştirak edirlər. 

İclası açıq elan edən M.Abbasbəyli sığorta vasitəçilərinin assosiasiyaya üzvlüyünün yenilik olduğunu bildirib, bu il 5 sığorta vasitəçisinin üzv qəbul olunduğunu, Müşahidə Şurasının növbəti görüşü zamanı isə daha 2 vasitəçinin üzv qəbul olunmasının gözlənildiyini vurğulayıb. Görüş zamanı komitə iştirakçıları sığorta vasitəçilərinin sığorta bazarındakı əhəmiyyətli rolundan bəhs edib. Sığorta vasitəçilərinin Assosiasiyaya üzv qəbul olunmasının Azərbaycan sığorta bazarı üçün yeni bir istiqamət olduğunu və onun sığorta bazarının inkişafını dəstəklədiyini bildiriblər. M.Abbasbəyli Vasitəçilər Komitəsinin sığorta bazarında onların maraqlarına toxunan bütün halların müzakirəsi üçün ortaq platforma olduğunu qeyd edib.

Görüşün yekununda Vasitəçilər Komitəsinin sədri vəzifəsinə Xəyal Məmmədxanlının təyin olunması və bu barədə assosiasiyanın Müşahidə Şurasına təqdimat verilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi