Azərbaycan Sığortaçılar Assosiasiyası ekspert qrupu yaradıb

Azərbaycan Sığortaçılar Assosiasiyası ekspert qrupu yaradıb "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin təşəbbüsü ilə sığortaçılardan ibarət ekspert qrupu təşkil edilib.
Maliyyə
157
21 Sentyabr , 2020 14:29
Azərbaycan Sığortaçılar Assosiasiyası ekspert qrupu yaradıb

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin təşəbbüsü ilə sığortaçılardan ibarət ekspert qrupu təşkil edilib.

ASA-dan “Report”a verilən məlumata görə, qrupa ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin mütəxəssisləri daxildir.

İlkin mərhələdə 30 nəfərdən ibarət qrup peşəkar sığortaçıların müxtəlif istiqamətlər üzrə bölgüsü əsasında formalaşdırılıb.

Qrupun yaradılmasında başlıca məqsəd sığorta sistemi ilə bağlı doğru olmayan və ictimaiyyətdə çaşqınlıq yaradan məlumatların sayının minimuma endirilməsi, ölkədə sığorta ilə əlaqəli informasiya siyasətinin doğru təşkili, sığorta ilə bağlı bilgilərin peşəkar sığortaçılar tərəfindən təqdim olunmasıdır.

"Sığorta ilə bağlı hər hansı bir mövzuda peşəkar mütəxəssis rəyi almaq üçün ASA-ya müraciət etmək kifayətdir. Assosiasiyay qrupa üzv mütəxəssislərin media ilə koordinasiyasını təşkil edəcək", - deyə qurum bəyan edib. 

Son xəbərlər

Orphus sistemi