Azərbaycan sığorta bazarı cüzi kiçilib

Azərbaycan sığorta bazarı cüzi kiçilib Ödənişlər isə illik müqayisədə 21% artıb
Maliyyə
11 Sentyabr , 2017 16:30
Azərbaycan sığorta bazarı cüzi kiçilib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandakı sığorta şirkətləri tərəfindən ümumilikdə 322,83 mln. manat həcmində sığorta haqqı toplanıb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,77% azdır.

“Report” bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Həmin dövr ərzində isə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi 144,009 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 20,98% artım deməkdir.

Cari ilin ilk 7 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45 manatı sığorta hadisələrinin ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 37 manat olub.

Son xəbərlər

Orphus sistemi