"Azərbaycan Sənaye Korporasiyası" özü və şirkətləri üçün 3 illik auditor seçir

"Azərbaycan Sənaye Korporasiyası" özü və şirkətləri üçün 3 illik auditor seçir "Azərbaycan Sənaye Korporasiyası" ASC (ASK) özünün və bəzi törəmə şirkətlərinin (“Azəralüminium" və “Azərpambıq Aqrar Sənaye Kompleksi ” MMC-lər) 2023-2025-ci illər üçün maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edi
Maliyyə
4 noyabr 2023 12:58
Azərbaycan Sənaye Korporasiyası özü və şirkətləri üçün 3 illik auditor seçir

"Azərbaycan Sənaye Korporasiyası" ASC (ASK) özünün və bəzi törəmə şirkətlərinin (“Azəralüminium" və “Azərpambıq Aqrar Sənaye Kompleksi ” MMC-lər) 2023-2025-ci illər üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır.

İddiaçılar ilkin sənədləri noyabrın 29-u, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə dekabrın 7-si, saat 17:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 14 ("ASK VİLLA" iş mərkəzi) ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə dekabrın 8-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi