“Azərbaycan Sənaye Korporasiyası”nın əməkdaşları beynəlxalq mühasibatlıq tədbirinə qatılıb

“Azərbaycan Sənaye Korporasiyası”nın əməkdaşları beynəlxalq mühasibatlıq tədbirinə qatılıb “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Maliyyə strukturlarının əməkdaşları Ümumdünya Mühasiblər Konqresi-2022 (World Congress of Accountants -WCOA-2022) tədbirində iştirak edib.
Maliyyə
26 Noyabr , 2022 16:12
“Azərbaycan Sənaye Korporasiyası”nın əməkdaşları beynəlxalq mühasibatlıq tədbirinə qatılıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) Maliyyə strukturlarının əməkdaşları "Ümumdünya Mühasiblər Konqresi-2022" ("World Congress of Accountants -2022") tədbirində iştirak edib.

Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, sayca 21-ci tədbir mühasibatlıq üzrə dünyanın nüfuzlu təşkilatı - Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) təşkilatçılığı ilə Hindistanın Mumbay şəhərində keçirilib. Konqres ilk dəfə olaraq hibrid rejimdə təşkil olunub, nəticədə iştirakçılar sözügedən tədbirdə virtual olaraq iştirak etmək imkanı əldə ediblər.

ASK-nın, həmçinin törəmə cəmiyyətlərinin maliyyə və mühasibat uçot strukturlarının əməkdaşları 4 ildən bir keçirilən Dünya Mühasiblər Konqresində onlayn iştirak imkanlarından faydalanaraq ilk dəfə bu mötəbər tədbirdə təmsil olunub. Maliyyə və mühasibat uçotu strukturlarının əməkdaşları tədbirin əsas müzakirə istiqamətləri olan “Mühasibat Uçotu, Audit, Korporativ İdarəetmə və Vergilər üzrə qlobal tendensiyalar”, “İnnovasiya, Fintech və Start-Upların yetişdirilməsi”, “Gələcəyə Hazır Peşə”, “Dövlət Maliyyə İdarəetməsinin Gücləndirilməsi”, “Dürüstlük, liderlik və etibar”, “Rəqəmsal texnologiyaların artan əhəmiyyəti”, “İnklüziv böyümə üçün qlobal əməkdaşlıq”, “Davamlılığın təmin edilməsində mühasibatlıq peşəsinin rolu” mövzuları üzrə panel müzakirələrə qatılıb.

Əməkdaşlar panel müzakirələrə çıxarılmış mövzulara dair çıxışçıların təqdimatlarını, qlobal trendləri, imkanları və yenilikləri təhlil etməklə peşəkar fəaliyyətlərində bu yeniliklərin inteqrasiya imkanlarını nəzərdən keçirib.

Dünya Mühasiblər Konqresi ilk dəfə olaraq 1904-cü ildə ABŞ-ın Louis şəhərində 118 il bundan əvvəl keçirilib. Bu gün həmin Konqres 4 ildən bir keçirilən Olimpiya Oyunları kimi genişmiqyaslı beynəlxalq tədbir sayılır.

Son xəbərlər

Orphus sistemi