"Azərbaycan Sənaye Korporasiyası"nda yeni təyinat olub

"Azərbaycan Sənaye Korporasiyası"nda yeni təyinat olub ‘’Azərbaycan Sənaye Korporasiyası’’ ASC-nin (ASK) Strateji inkişaf və kommersiya departamentinə direktor təyin olunub.
Sənaye
16 Dekabr , 2021 16:34
Azərbaycan Sənaye Korporasiyasında yeni təyinat olub

‘’Azərbaycan Sənaye Korporasiyası’’ ASC-nin (ASK) Strateji inkişaf və kommersiya departamentinə direktor təyin olunub.

"Report" quruma istinadən xəbər verir ki, bu vəzifə Rüstəm Əkbərliyə həvalə edilib.

O, 1990-cı ildə Yardımlı rayonunda anadan olub, 2007-2011-ci illərdə Bakı Dövlət Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə fərqlənmə diplomu ilə bakalavr təhsili alıb, 2012-2013-cü illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamentində mütəxəssis vəzifəsində çalışıb, 2013-2014-cü illərdə Türkiyənin İstanbul Universitetində “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə magistr təhsili alıb. 2007-2015-ci illərdə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı” çərçivəsində 2014-2016-cı illərdə Avstraliyanın Sidney şəhərində yerləşən Makkuori Universitetində "Beynəlxalq biznes və beynəlxalq münasibətlər" ixtisası üzrə ikili magistr dərəcəsi alıb. 2016-2017-ci illərdə “Nurgün Holdinq”də Biznesin inkişafı şöbəsində menecer, daha sonra şöbə müdiri vəzifəsində çalışıb, 2018-2019-cu illərdə ASK-nın Maliyyə departamentində İnvestisiya şöbəsinin aparıcı və baş mütəxəssisi, daha sonra şöbə müdiri vəsifəsində çalışıb, ötən ilin əvvəlindən Strateji inkişaf və kommersiya departamentində direktor müavini olub.

Son xəbərlər

Orphus sistemi