“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 41% artıb

“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 41% artıb “Azərbaycan Sənaye Bankı” ASC (ASB) bu ilin yanvar-sentyabr aylarını 6,646 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
16 Oktyabr , 2019 16:11
“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 41% artıb

“Azərbaycan Sənaye Bankı” ASC (ASB) bu ilin yanvar-sentyabr aylarını 6,646 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 41,3% çoxdur.

9 ay ərzində ASB-nin gəlirləri 28,807 milyon manat (illik müqayisədə 22,9% çox), xərcləri 20,126 milyon manat (9,6% çox), xüsusi ehtiyatlara ayırmaları 356 min manat (53,3% az), mənfəət vergisi ödəmələri isə 1,678 milyon manat (47,7% çox) təşkil edib.

Bu il oktyabrın 1-nə ASB-nin aktivləri 939,662 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,7% azdır. Bunun 308,054 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,7% böyüyüb.

Hesabat dövründə ASB-nin öhdəlikləri 7,8% azalaraq 840,977 milyon manata, o cümlədən depozit portfeli 1,9% azalaraq 670,801 milyon manata düşüb, balans kapitalı isə 3,6% artaraq 98,685 milyon manata çatıb.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi