"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti 35% azalıb

"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti 35% azalıb "Azərbaycan Sənaye Bankı" ASC (ASB) bu ilin I yarısını 3,4milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
151
22 İyul , 2020 15:10
Azərbaycan Sənaye Bankının xalis mənfəəti 35% azalıb

"Azərbaycan Sənaye Bankı" ASC (ASB) bu ilin I yarısını 3,4 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 34,6% azdır.

Yanvar-iyun aylarında ASB-nin gəlirləri 18,9 milyon manat (illik müqayisədə 3,4% az), xərcləri 15,5 milyon manat (22,2% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 806 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 830 min manat təşkil edib.

Bu il iyulun 1-nə ASB-nin aktivləri 924 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,9% çoxdur. Bunun 340,5 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 10,2% böyüyüb.

Hesabat dövründə ASB-nin öhdəlikləri 0,4% artaraq 821,8 milyon manata, o cümlədən depozit portfeli 0,6% artaraq 655,3 milyon manata, balans kapitalı isə 5,1% artaraq 102,2 milyon manata çatıb.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi