“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 33 % azalıb

“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 33 % azalıb “Azərbaycan Sənaye Bankı” ASC (ASB) 2020-ci ili 5,184 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
122
19 Yanvar , 2021 17:23
“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 33 % azalıb

“Azərbaycan Sənaye Bankı” ASC (ASB) 2020-ci ili 5,184 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 32,6 % azdır.

Ötən il ASB-nin gəlirləri 37,624 milyon manat (illik müqayisədə 2,6 % az), xərcləri 31,763 milyon manat ( 10,1 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 687 min manat (əvvəlki il ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 1,364 milyon manat (31 % az) təşkil edib.

Bu il yanvarın 1-nə ASB-nin aktivləri 911,505 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,5 % azdır. Bunun 310,83 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 4,4 % kiçilib.

Hesabat dövründə ASB-nin öhdəlikləri 8,8 % azalaraq 807,36 milyon manata, o cümlədən depozit portfeli 10,5 % azalaraq 639,932 milyon manata düşüb, balans kapitalı 4,5 % artaraq 104,144 milyon manata çatıb.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252 %-i “Anadolu Investment Company” MMC-yə, 1 %-i Leyla Goozal Kurta, 0,5748 %-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi