"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti 30% azalıb

"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti 30% azalıb "Azərbaycan Sənaye Bankı" ASC (ASB) bu ilin I rübünü 2,2 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
27 aprel 2020 12:15
Azərbaycan Sənaye Bankının xalis mənfəəti 30% azalıb

"Azərbaycan Sənaye Bankı" ASC (ASB) bu ilin I rübünü 2,2 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 30,3% azdır.

Yanvar-mart aylarında ASB-nin gəlirləri 9,2 milyon manat (illik müqayisədə 10,2% az), xərcləri 7,2 milyon manat (24,5% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 817 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 593 min manat (18,9% az) təşkil edib.

Bu il aprelin 1-nə ASB-nin aktivləri 907,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,4% çoxdur. Bunun 312,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 8,4% böyüyüb.

Hesabat dövründə ASB-nin öhdəlikləri 0,2% azalaraq 806,3 milyon manata düşüb, o cümlədən 0,9% artaraq 640,7 milyon manata çatıb, balans kapitalı isə 5,6% artaraq 101,1 milyon manata çatıb.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi